“Taliban”la danışıqlarımız olub, lazım gəlsə...” – ƏRDOĞAN

“Taliban”la danışıqlarımız olub, lazım gəlsə...” – ƏRDOĞAN

Hazırda oxunan: “Taliban”la danışıqlarımız olub, lazım gəlsə...” – ƏRDOĞAN

33517

“Biz Əfqanıstana bütün imkanlarımızla əlimizdən gələn köməyi göstərmişik və buna davam edirik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə dövlət başçısı bildirib ki, hazırda Əfqanıstan təkbaşına buraxılıb. Ərdoğan qeyd edib ki, Türkiyə bu məsələdə ABŞ-la danışıqlar aparıb.

“Eyni zamanda, “Talibanla” da danışıqlarımız olub, lazım gəlsə, yenə danışıqlar apara bilərik. Hazırda prosesləri yaxından izləyirik. NATO-nun bu istiqamətdə iclası olacaq, xarici işlər nazirimiz də iclasda iştirak edəcək”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO