Azərbaycan hərbi dənizçiləri İrandadır - SƏBƏB - FOTO

Azərbaycan hərbi dənizçiləri İrandadır - SƏBƏB - FOTO

Hazırda oxunan: Azərbaycan hərbi dənizçiləri İrandadır - SƏBƏB - FOTO

33450

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qarşılanma mərasimdə İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO