Əfqanıstandan İtaliyaya daha 202 nəfər təxliyə olunub.
Bizim.Media xəbər verir ki, aktivist Zəhra Əhmədi və Veronesi Vəqfinin tədqiqatçıları da daxil olmaqla daha 202 nəfəri daşıyan təyyarə avqustun 19-da Romaya enib.
İtaliyanın Kabildəki səfiri Tommaso Klaudi deyib:
“Təəssüf ki, bəzi dramatik səhnələri görmək məcburiyyətində qaldıq, ancaq həmvətənlərimizi və bəzi əfqan həmkarlarımızı tamamilə evlərinə qaytara bildik. Əfqanıstanda böyük bir humanitar faciə görürük və hamımız əlimizdən gələni edirik”.
Humanitar əməliyyat çərçivəsində bu günədək 500-dən çox italyan və əfqan İtaliyaya gətirilib.
İtaliyanın müdafiə naziri Lorenzo Guerini təxliyə işlərində 1500-dən çox əsgərin iştirak etdiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:06 / 20.08.2021
İtaliyanın Kabildəki səfiri: “Təəssüf ki, bəzi dramatik səhnələr gördük”
Hazırda oxunan: İtaliyanın Kabildəki səfiri: “Təəssüf ki, bəzi dramatik səhnələr gördük”
Hazırda oxunan: İtaliyanın Kabildəki səfiri: “Təəssüf ki, bəzi dramatik səhnələr gördük”
0:00
0:00
33444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.