İsveçrə ordusunun məxfi əməliyyatların icrası üçün nəzərdə tutulan xüsusi qrupu Əfqanıstandakı İsveçrə vətəndaşlarının təxliyəsi üçün bu ölkəyə yollanıb.
Bizim.Media xəbər verir ki, altı hərbçidən ibarət xüsusi qrup 30 İsveçrə vətəndaşı və İsveçrə İnkişaf və Əməkdaşlıq Direktorluğunda çalışmış 38 yerli sakinin ölkədən çıxarılması üçün Almaniya və ABŞ hərbçiləri ilə ən təhlükəsiz yolların seçilməsini müəyyən etməlidir.
İsveçrənin xarici işlər naziri İqnatsio Kassis mətbuata açıqlamasında İsveçrə hərbçilərinin silahlı olmasına dair sualı cavablandırmayıb.
İsveçrə ordusunun elita birləşməsi sayılan AAD-10 qüvvələrinə mənsub olan hərbçilər xaricdə məxfi əməliyyatların keçirilməsi və eləcə də münaqişə bölgələrindəki səfirliklərin qorunması üzrə ixtisaslaşıblar.
Özbəkistandan keçməklə Əfqanıstan ərazisinə daxil olan xüsusi heyət İsveçrə vətəndaşları və yerli əməkdaşların təxliyəsini tərəfdaş ölkələrin hərbi təyyarələri ilə həyata keçirməlidirlər.
Bizim.Media