Təhsil naziri Emin Əmrullayev üç yaşlı Xədicənin gələcək təhsili üçün göstərdiyi dəstəyə görə dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancara təşəkkür məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, nazir özünün "Facebook" səhifəsində də Əziz Sancarın ünvanına bu sözləri qeyd edib:
“Dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın üç yaşlı Xədicənin gələcək təhsilinə göstərdiyi dəstək bizi sevindirdi".
"Göstərdiyi bu təşəbbüsə və dəstəyə görə çox hörmətli Əziz Sancara bütün təhsil ictimaiyyəti adından dərin təşəkkür edirik".
"Xədicənin gələcək təhsili üçün atılan bu addım, eyni zamanda Qarabağla bağlı Azərbaycanın haqq işinə də böyük dəstəkdir”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:53 / 23.11.2020
Təhsil nazirindən Əziz Sancara Təşəkkür məktubu
Hazırda oxunan: Təhsil nazirindən Əziz Sancara Təşəkkür məktubu
Hazırda oxunan: Təhsil nazirindən Əziz Sancara Təşəkkür məktubu
3342
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.