“Taliban” 1 trilyon dollar sərvəti olan ölkəni ələ keçirib – CNN

“Taliban” 1 trilyon dollar sərvəti olan ölkəni ələ keçirib – CNN

Hazırda oxunan: “Taliban” 1 trilyon dollar sərvəti olan ölkəni ələ keçirib – CNN

33363

“Taliban” 1 trilyon dollarlıq mineral “üzərində oturur”.

Bizim.Media xəbər verir ki, CNN telekanalının bu başlıqla oxucularına təqdim etdiyi xəbər gündəm olub.

Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biri kimi göstərilir. Ancaq ABŞ hərbi rəsmiləri və geoloqları ölkənin iqtisadi vəziyyətini kəskin şəkildə dəyişdirə biləcək təxminən 1 trilyon dollar dəyərində mineral yataqlarına sahib olduğunu açıqlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstanda savaşın 2-ci “raundu” – Talibana qarşı üsyan uğur qazana biləcəkmi?


2010-cu ildə edilən bu kəşfə görə, dəmir, mis və qızıl kimi mineral ehtiyatlar bütün ölkə ərazisinə səpələnib.

Eyni araşdırmaya görə, Əfqanıstan nadir torpaq minerallarına da sahibdir və bəlkə də ən əsası, dünyanın ən böyük litium yataqlarından biri burada yerləşir.

Əfqanıstan Mərkəzi Bankının iyun ayında açıqladığı son maliyyə hesabatına görə, ümumi aktivləri 10 milyard dollardır ki, bunun da 1.3 milyard dolları qızıl ehtiyatları, 362 milyon dolları valyuta pul ehtiyatlarıdır. 1,3 milyard dollarlıq qızıl ehtiyatları Nyu-York Federal Ehtiyat Bankında saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO