"Taliban" bu gün Əfqanıstanın paytaxtı Kabildə mətbuat konfransı keçirib.
Bizim.Media-nın məlumatına görə, hərəkatın ictimaiyyət və media ilə iş departamamentinin rəhbəri Molla Zəbiulla Məcid “Taliban”ın ölkənin idarəetməsi ilə bağlı siyasətini açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
“Taliban”dan qadınlarla bağlı AÇIQLAMA
1. Əfqanıstanda qadınlar orta və ali təhsil alacaqlar. Orta məktəblərdə oğlanlar və qızlar ayrılıqda oxuyacaqlar.
2. Qadınların iş hüququ olacaq.
3. "Taliban" qadınlardan çadra və burka geyməyi tələb etmir. Sadəcə, başlarında yaylıq olsa, yetər.
4. Əfqanıstan İlsam Əmirliyi kimsənin təhdid etmir, kimsə ilə düşmənçilik etmək niyyətində deyil. Qisas "Taliban"ın yolu deyil.
5. İslam Əmirliyinin liderləri ümummilli əfv göstərişi veriblər. "Taliban" Əfqanıstanda ona qarşı çıxan hər kəslə düşmənçiliyə son qoyur.
Bizim.Media