Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib.
Bizim.Media-nın məlumatına görə, bu barədə siyasətçi tvitter səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda keçid höküməti yaradıldı - Rəhbərlik ona həvalə edildi
Ə.Saleh respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini xatırladıb.
Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur. Siyasətçi həmçinin Əfqanıstan xalqını radikal "Taliban" silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb.
Bizim.Media