Hitlerin Tehranda Stalin, Ruzvelt və Çörçili qətl etmək PLANI - DETALLAR

Hitlerin Tehranda Stalin, Ruzvelt və Çörçili qətl etmək PLANI - DETALLAR

Hazırda oxunan: Hitlerin Tehranda Stalin, Ruzvelt və Çörçili qətl etmək PLANI - DETALLAR

33076

1943-cü ilin 28 noyabr tarixində Tehranda SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin II Dünya Savaşı illərindəki ilk görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, Stalin, Ruzvelt və Çörçil ikinci cəbhənin yaradılmasını müzakirə etmək üçün toplaşırdılar.

Bu görüş haqqında Hitler Almaniyasının 3-cü reyxi qabaqcadan bilirdi. Və faşistlər hər üç lideri öldürmək istəyirdilər. Lakin Hitlerin bu planı baş tutmadı.

Nasistlər bu əməliyyatın adını “uzun tullanış” qoyaraq tapşırığı yerinə yetirmək üçün Hitlerin ən sevimli diversantı Otto Skortsenini nəzərdə tutmuşdular. O, həm də məxfi xidmətin rəisi idi. 3 antihitler koalisiyasının görüşü barədə məlumatı isə agent Çiçeron ötürmüşdü.
 

Bu təxəllüs altında albaniyalı Elyas Bazna gizlənirdi. Bazna İngiltərənin Türkiyədəki səfirliyində çalışırdı və səfirin şəxsi işçisi olub.


Səfiri hamama yolan salan Çiçeron xəlvətcə onun seyfinin açarını götürür və Tehran görüşü haqqında məlumatlanır. İnformasiyanı Berlinə göndərən kimi, Hitler 3 plan hazırlayır ki, Stalin, Ruzvelt və Çörçül öldürülsün.

Əməliyyata hazırlıqda 400 nəfər iştirak edib. Lakin onların bu əməliyyatının qarşısı SSRİ kəşfiyyatçıları tərəfindən elə Tehrandaca alınıb. 

Faşistlərin planı baş tutsaydı, II Dünya savaşı hələ uzun müddət davam edəcək, ya da Hitler bütün dünyanı işğal edəcəkdi. Ekspertlər bu fikirdədir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO