"Bütün ölkələri Əfqanıstandan olan qaçqınları qəbul etməyə və deportasiya etməkdən çəkinməyə çağırıram".
Bizim.Media “TASS”a istinadla xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
BMT-nin Baş katibindən ÇAĞIRIŞ
Quterreş deyib ki, beynəlxalq birlik Əfqanıstanın yenidən terror təşkilatları üçün sığınacaq halına gəlməməsini təmin etməlidir:
"Beynəlxalq ictimaiyyət birləşməli və əlindəki bütün vasitələrdən istifadə etməlidir. İnsan hüquqları mövzusunda vahid mövqedən danışmalıyıq. Mən, Talibanı beynəlxalq humnitar hüquqa, qanunlara və azadlıqlara hörmət və riayət etməyə çağırıram. Əfqanıstanın terror təşkilatlarının sığınacaq yeri olaraq istifadə edilməməsini təmin etmək üçün beynəlxalq birlik birləşməlidir."
Bizim.Media