Birləşmiş Ştatların prezidenti Cozef Bayden bildirib ki, Amerika qoşunları Əfqanıstanda "Taliban”a qarşı vuruşmaq üçün qalmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ağ Ev rəhbəri Əfqanıstanın silahlı qüvvələrinin radikallara qarşı vuruşmayacağı təqdirdə bunun mənasının olmadığını deyib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ niyə Əfqanıstandan üz döndərib?
"Əgər əfqan hərbçiləri bacarmırlarsa və ya özləri ölkəni qoruyub saxlamağa başlamasalar, daha 1 il və ya 5 il hərbi mövcudluq vəziyyəti dəyişdirməyəcək", -deyə, Baydenin bəyanatında deyilir.
Amerika Birləşmiş Ştatları prezidentinin sözlərinə görə, o, Amerika hərbçilərinin başqa ölkədə vətəndaş qarşıdurmasında iştirakını qəbul etmir.
Bizim.Media