Hazırda Rusiyanın bəzi bölgələrində yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir.
Bizim.Media TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin bir sıra bölgələrində baş verən daşqın və meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasına həsr olunan iclasda deyib.
"İlk növbədə, Yakutiyada baş verən təbii yanğınlardan, həmçinin Krım və Krasnodar diyarında yaşayış məntəqələrinin su basmasından danışacağıq. Bəzi bölgələrdə baş verən təbii fəlakətlərin miqyası və xarakteri tamamilə görünməmiş dərəcədədir. Məsələn, cənubda bəzən bir neçə saat ərzində aylıq yağıntı düşür. Sibirdə, Uzaq Şərqdə iqlim və atmosfer şəraiti quraqlığa, meşə yanğınlarına və küləyin əsməsi bu yanğınların sürətlə yayılmasına səbəb olub", - deyə Vladimir Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, bütün bunlar gələcək naminə iqlim və ətraf mühit gündəmi ilə dərin, sistemli şəkildə məşğul olmağın vacibliyini göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:21 / 14.08.2021
Putin: "Rusiyada yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir"
Hazırda oxunan: Putin: "Rusiyada yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir"
Hazırda oxunan: Putin: "Rusiyada yaşanan təbii fəlakətin miqyası misli görünməmişdir"
32698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.