İtaliyada pandemiya ilə bağlı KRİTİK VƏZİYYƏT

İtaliyada pandemiya ilə bağlı KRİTİK VƏZİYYƏT

Hazırda oxunan: İtaliyada pandemiya ilə bağlı KRİTİK VƏZİYYƏT

32619

İtaliyada son 24 saat ərzində koronavirusa 7409 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə virusa yoluxanların sayı isə ümumilikdə 4 milyon 427 min 827 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, İtaliyada koronavirusa yoluxanların sayı artır.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 225 min 486 koronavirus testi icra olunub. Ötən gün 45 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 128 min 379-a yüksəlib.

Nazirlik son 24 saatda 4388 nəfərin virusdan sağaldığını və aktiv xəstə sayının isə 124 min 250 olduğunu bildirib. Reanimasiya şöbəsində olan xəstələrin sayı 17 nəfər artaraq 379-a çatıb.

Bu günədək İtaliyada 73 milyon 424 min 497 nəfərə vaksin vurulub, hər iki dozanı qəbul edənlərin sayı 35 milyon 388 min 674 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO