Britaniyada atışma: Ölənlərin sayı 6-ya çatdı - VİDEO

Britaniyada atışma: Ölənlərin sayı 6-ya çatdı - VİDEO

Hazırda oxunan: Britaniyada atışma: Ölənlərin sayı 6-ya çatdı - VİDEO

32462

Britaniyanın Plimut şəhərində baş verən silahlı insident zamanı şübhəli də daxil olmaqla, azı 6 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sky News” telekanalı yayıb.

“Hadisə zamanı iki qadın və iki kişi yerindəcə ölüb. Hücum edən şəxs də hadisə yerində dünyasını dəyişib. Hamısının güllə yaralarından öldüyü iddia edilir”, deyə məlumatda vurğulanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zərərçəkənlərdən birinə yerində tibbi yardım göstərilsə də, xəstəxanada dünyasını dəyişib.

Polis hadisənin səbəblərini hələlik açıqlamayıb, araşdırma aparılır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO