Əfqanıstan hökuməti Talibanla bağlı BMT TŞ-nin toplanmasına çağırış etdi

Əfqanıstan hökuməti Talibanla bağlı BMT TŞ-nin toplanmasına çağırış etdi

Hazırda oxunan: Əfqanıstan hökuməti Talibanla bağlı BMT TŞ-nin toplanmasına çağırış etdi

32429

Əfqanıstan hökuməti ölkədəki vəziyyəti müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını keçirmək üçün quruma  müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdulla “Twitter” səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstan hakimiyyəti Talibana hökumətdə pay təklif etdi


​​​​​​​Ali Şurasının sədri bildirib ki, Rusiya, ABŞ, Çin və Pakistanın xüsusi nümayəndələri ilə Dohada keçirdikləri görüşlərdə Əfqanıstan probleminin hərbi həllinin olmadığını açıq şəkildə ifadə edib:

“Tərəflərin heç biri hakimiyyətin zorla ələ keçirilməsini tanımadıqlarını və sülh danışıqlarını sürətləndirməkdə israr etdiklərini söylədilər. Əfqanıstanda cari hadisələri müzakirə etmək üçün təcili olaraq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirmək lazımdır”.

Qeyd edək ki, Taliban bu gün Əfqanıstanın ən böyük şəhərləri olan Qəndahar və Herata nəzarəti ələ keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO