Ramzan Kadırov ən yaxşı mobil reportyor oldu

Ramzan Kadırov ən yaxşı mobil reportyor oldu

Hazırda oxunan: Ramzan Kadırov ən yaxşı mobil reportyor oldu

32221

Qroznı telekanalı Çeçenistan rəhbəri Ramzan Kadırova 45 min rubl mükafat verib. 

Bizim.Media xəbər verir ki, mükafat Çeçenistanın başçısına yüksək keyfiyyətli məzmuna və respublikada baş verən hadisələrin işıqlandırılmasında göstərdiyi köməyə görə verilib. Bu barədə Qroznı telekanalı məlumat yayıb.

"Mükafat Ramzan Kadırova ən çətin yerlərdə, ən çətin şəraitdə çəkilən ən eksklüziv reportajları göndərdiyinə görə verilir.

Telekanalın xüsusi mobil reportyoru Ramzan Kadırov eyni zamanda bağçasında yaşayan heyvanlar haqda eksklüziv video görüntülər təqdim edir”, deyə telekanal əlavə edib.

Bundan əvvəl reportyorlar arasında müsabiqə elan edilmişdi. Kadırov bir neçə dəfə teleradio şirkətinin mobil reportyoru olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO