Entoni Blinken: “İran cəzalandırılacaq”

Entoni Blinken: “İran cəzalandırılacaq”

Hazırda oxunan: Entoni Blinken: “İran cəzalandırılacaq”

31988

ABŞ dövlət katibi  Entoni Bilinkenlə İngiltərənin müdafiə naziri Ben Valas avqustun 3-də Dəniz Təhlükəsizliyi üzrə virtual toplantıda İranın “Mercer Street” gəmisinə hücumda rolunun olmasından əmin olduqlarını vurğulayıblar.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, onlar Tehranın buna cavab verməsini tələb ediblər.

“Bu hücuma haqq qazandırmaq mümkün deyil. Bu qıcıqlandırıcı hücum kimi qəbul olunur və törədən toxunulmaz deyil. Belə hücumlar insanların həyatına, azad gəmiçilik fəaliyyətinə və dəniz ticarətinə təhlükədir. Bu hadisədə iştirak edənlər cəzalandırılmalıdır”- deyə Blinken toplantıda qeyd edib.

Ben Valas isə bildirib ki, İranın “Mercer Street” gəmisinə hücumu beynəlxalq dənziçilik qanunlarının pozulmasıdır.

Xatırladaq ki, “Mercer Street” gəmisi Yaponiyanın mülkiyyətində və “Zodiac” adlı İsrail şirkətinin icarəsindədir. İyulun 29-da Oman dənizi sularında hücuma məruz qalıb. Hücum zamanı gəminin kapitanı, Britaniya və  Rumıniya vətəndaşı öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO