Koronavirusun “Delta” ştammını indi “Alfa” əvəz etməyə başlayıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç açıqlama verib:
“İndi təşkilat “lambda” növünün “Delta” ştammını sıxışdırıb çıxardığını, nəticədə onu sonuncu - "Alfa" növünün əvəz etdiyini müşahidə edir”.
MÖVZU İLƏ BAĞLI:
COVİD-19 ABŞ laboratoriyasından yayılıb? – ALİMDƏN İLGİNC AÇIQLAMA
Qeyd edək ki, koronavirusun “lambda” variantı ilk dəfə 2020-ci ildə Peruda aşkarlanıb. Bu variant iyul ayı ərzində Cənubi və Şimali Amerikanın 30-dan çox ölkəsində yayılıb.
Bəs, “Alfa” ştammı hansıdır və hansı xüsusiyyətləri ilə fərqlənir?
Bizim.Media xəbər verir ki, bu ilin iyun ayına qədər koronavirusun ştammları coğrafi adlarla –hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə adlandırılırdı. İyun ayında ÜST ştammların latın əlifbasının hərfləri ilə adlandırılmasına qərar verib.
Həmin qərardan sonra koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı isə "Delta" adlandırılmağa başlanılıb.
Təşkilatda hesab edirlər ki, bu cür təsnifat aydın, fərqli, yadda qalan və asan tələffüz olunandır.
Alfa, Beta, Qamma və Delta rəsmi olaraq "narahatlıq doğuran variantlar" adlandırılır. Britaniya ştammına (Alfa) yoluxma vaxtı öskürək, aşırı yorğunluq, boğaz və əzələ ağrısı kimi simptomların yaşandığı bildirilir. Dad və iybilmə hissinin yoxa çıxması isə Çin variantı ilə müqayisədə daha az müşahidə olunub.
Xatirə Nəsirli, Bizim.Media