Tiflisdə mikromaliyyə təşkilatına silahlı basqın zamanı girov götürülən şəxslərin hamısı sərbəst buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, basqın edən şəxs polisə təslim olub.
***
Gürcüstanın paytaxtı Tbilisinin Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edib.
Bizim.Media Gürcüstan mətbuatına istinadən bildirir ki, silahlı şəxs 9 nəfər girov saxlayaraq tələblər irəli sürüb.
Hücumla əlaqədar açıqlama verən Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Polis Tbilisidəki Akaki Tsereteli küçəsindəki mikromaliyyə təşkilatlarından birinin ofisinin yaxınlığında hərəkətə keçib:
"İlk məlumata görə, ofisə bir silahlı şəxs girib. Hücum xəbəri alan polis məmurları hadisə yerinə yaxın ərazini ani cavab rejimində mühasirəyə aldılar".
"Hazırda hadisə yerində səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları bütün lazımi və təcili tədbirləri alır, araşdırmalar və əməliyyat tədbirləri davam edir. Daxili İşlər Nazirliyi media nümayəndələri təhlükəsizlik normalarına riayət etməyə çağırır".
Faktla bağlı intensiv araşdırma davam edir.
Bizim.Media