Bu ölkədə koronavirusu məhv edən cihaz hazırlandı - FOTO

Bu ölkədə koronavirusu məhv edən cihaz hazırlandı - FOTO

Hazırda oxunan: Bu ölkədə koronavirusu məhv edən cihaz hazırlandı - FOTO

31551

Özbəkistanda COVID-19 və digər virusları məhv edən cihaz hazırlanıb.

Bizim.Media xəbər verir ki, Daşkənddəki Dövlət Sanitar-Epidemiologiya Nəzarəti Mərkəzində cihazın təqdimatı keçirilib.

Cihazın müəllifi, mühəndis Olim Yusupov bildirib ki, bu texnologiya COVID-19 və başqa yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər.

“BioGenetik” adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, əsasən də COVID-19 virusundan təmizləmək gücünə malikdir.

“Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır”, - deyə o əlavə edib.

Hazırda bu texnologiya Özbəkistanın test qəbulu məntəqələrində, laboratoriyalarda, dövlət və tibb müəssisələrində istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO