"Hizbullah" İsrailə raket zərbələri endirdi

Hazırda oxunan: "Hizbullah" İsrailə raket zərbələri endirdi

31455

Livandan İsrailə raket zərbələri endirilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Times of Israel" nəşri yayıb.

Mənbə yazır ki, Livan ərazisindən İsrailə 10-dan çox raket atılıb.

İsrail Müdafiə Nazirliyi bildirib ki, raketlərin çoxu havada zərərsizləşdirlib, bəzi raketlər isə Dov dağı yaxınlığındakı açıq əraziyə düşüb.

"Hizbullah" bu zərbələrlə bağlı məsuliyyəti öz üzərinə götürüb. İtki və dağıntılar barədə hələ ki, məlumat verilmir.

İsrail Müdafiə Qüvvələri raket zərəblərinə cavab olaraq Livandakı hədəflərə artileriya atəşi açıb.

İsrail Baş naziri Naftali Bennett vəziyyəti qiymətləndirmək üçün müdafiə naziri Benni Qantz və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi ilə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO