Dünyada son sutka ərzində koronavirusdan ölənlərin STATİSTİKASI

Dünyada son sutka ərzində koronavirusdan ölənlərin STATİSTİKASI

Hazırda oxunan: Dünyada son sutka ərzində koronavirusdan ölənlərin STATİSTİKASI

31397

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 705 min nəfərə yaxın olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 704 min 811 nəfər yeni koronavirusa yoluxub, 10 min 392 nəfər isə dünyasını dəyişib.

Bununla da yoluxanların ümumi sayı 201 milyon 646 min 898, ölənlər isə 4 milyon 279 min 485 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (36,3 milyon), Hindistan (31,8 milyon), Braziliya (20 milyon), Rusiya (6,3 milyon), Fransa (6,2 milyon), Böyük Britaniya (5,9 milyon) və Türkiyədə (5,8 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO