Qara dənizdə Ukrayna, Gürcüstan, Azərbaycan və NATO-nun iştirakı ilə hərbi təlimlər başladı

Qara dənizdə Ukrayna, Gürcüstan, Azərbaycan və NATO-nun iştirakı ilə hərbi təlimlər başladı

Hazırda oxunan: Qara dənizdə Ukrayna, Gürcüstan, Azərbaycan və NATO-nun iştirakı ilə hərbi təlimlər başladı

31330

Ukraynada NATO ölkələri, Ukrayna, Gürcüstan və Azərbaycanın iştirakı ilə Dive-2021 beynəlxalq hərbi təlimlərinin aktiv mərhələsi başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Dəniz Qüvvələri (Donanması) öz Facebook səhifəsində məlumat yayıb.

Mənbə yazır ki, təlimlər Qara dənizdə keçirilir. Təlimdə Şimali Atlantika Alyansının üzvlərindən ABŞ, Bolqarıstan və Rumıniya iştirak edir.

Təlimlərə Gürcüstan və Azərbaycan hərbçiləri də cəlb olunub. Təlim zamanı birgə beynəlxalq qrupun hərbçiləri su altında hərəkətlərin sinxronizasiyasını işləyəcəklər.

Xüsusilə, hərbçilər 30 metrdən çox dərinliyə enəcəklər, oksigen çatışmazlığı halında onlara ilk yardım göstəriləcək.

Sualtı mina təmizlənməsi üçün təlim əməliyyatları da keçiriləcək.

Bundan əvvəl Ukraynada Sea Breeze 2021 irimiqyaslı hərbi təlimlər keçirilmişdi. Təlimlərə Şimali Atlantika Alyansını təmsil edənlər də daxil olmaqla müxtəlif ölkələrdən beş minə yaxın hərbçi və 30-dan çox gəmi cəlb olunmuşdu. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO