ŞOK: Braziliyada Türkiyə təyyarəsindən 1 tondan çox kokain tapıldı

ŞOK: Braziliyada Türkiyə təyyarəsindən 1 tondan çox kokain tapıldı

Hazırda oxunan: ŞOK: Braziliyada Türkiyə təyyarəsindən 1 tondan çox kokain tapıldı

31325

Braziliya polisi Sao Paulo şəhərindəki Leite Lopes Hava Limanında Türkiyəyə məxsus təyyarədən külli miqdarda narkotik ələ keçirib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “nutuk.com.tr” saytında yer alıb.

Mənbə yazır ki, aeroportda keçirilən əməliyyat zamanı ümumi çəkisi 1304 kiloqram olan 25 çamadan kokain müsadirə edilib.  

Təyyarədə olan bir ispan sərnişin və türk ekipajı saxlanılıb.  

Qeyd edək ki, diyarbəkirli iş adamı Şehmuz Özkana məxsus təyyarə Türkiyənin keçmiş prezidenti Turqut Özalın dövründə alınıb və 2016-cı ilə kimi dövlət rəsmiləri tərəfindən istifadə edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO