FACİƏNİN KANDARINDA: Türkiyədə yanğınlar zamanı 90 min arı ailəsi məhv olub

FACİƏNİN KANDARINDA: Türkiyədə yanğınlar zamanı 90 min arı ailəsi məhv olub

Hazırda oxunan: FACİƏNİN KANDARINDA: Türkiyədə yanğınlar zamanı 90 min arı ailəsi məhv olub

31263

Türkiyədəki güclü meşə yanğınları nəticəsində məhv olan heyvanlarla yanaşı arılardan da bu faciə yan keçməyib.

Bizim.Media xəbər verir ki, qardaş ölkədə yanğın fəlakətində 90.000 arı şahı yanaraq məhv olub.

Təəssüflər olsun ki, insan yaşamı üçün vacib olan arılar da bu faciənin qurbanına çevriliblər. Dahi alim Albert Eynşteyn deyirdi ki, “Bir gün arı nəsli yox olsa insanın da 4 illik ömrü qalıb deməkdir”.

Arılar haqqında bilmədiyiniz FAKTLAR

Arılar demək olar ki, dünyanın yaradılışından insanlarla yanaşı yaşayırlar. Hətta Quranda da adı çəkilən bu işgüzar heyvanın bir ailəsində bir ana arı və təxminən 20.000 - 60.000 arası işçi arı olur. Ana arı 5 il yaşayır və gündə 2.500 yumurta buraxır. Bundan başqa bir arını 170 fərqli qoxu dedoktoru var.

Arı saniyədə 200 dəfə qanad çalır, saat da təxminən 25 km sürətlə uça bilir. O, ömrü boyunca 800 km yol qət edir və bir gündə 1500 çiçəyə toxunur.

İnsanların sevdiyi təam olan balın 450 qramını əldə etmək üçün 17.000 arının 10 milyon çiçəyi ziyarət etməyi lazımdır. 

Maraqlı faktlardan biri isə bir arı kolonyasının, yaz-yay mövsümündə qət etdiyi məsafədir.

Araşdırmalara görə, arılar bu zaman ərzində Yer kürəsi ilə Ay arasında 26 dəfə gediş-gəliş məsafə qədər yolu qət edirlər.

Yer üzündəki çiçək və meyvə tozlanmasının 80 % nı böcəklər təmin etdiyi halda bunun 85 % arıların payına düşür. 170.000 bitki növü arıların təmin etdiyi tozlanma nəticəsində hələ də həyatdadılar.

Sonda böcək tədqiqatçısı O.Vilsonun  arılar haqqında dediyi fikri xatırlatmaq istərdik:

“Yediyimiz hər üç tikədən birinə, içdiyimiz hər qurtuma görə arılara borcluyuq...”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO