Məşhur aktrisadan SƏRT SÖZLƏR – “Bu insanlar ağılsızdırlar” 

Məşhur aktrisadan SƏRT SÖZLƏR – “Bu insanlar ağılsızdırlar” 

Hazırda oxunan: Məşhur aktrisadan SƏRT SÖZLƏR – “Bu insanlar ağılsızdırlar” 

31215

Hollivudun məşhur aktrisası Cennifer Eniston peyvənddən imtina edən insanları ağılsız adlandırıb. 

Bizim.Media xəbər verir ki, aktrisa bu sözləri İnstagram hesabında canlı yayım zamanı deyib. 

"Hələ də peyvənd əleyhinə olan və ya sadəcə faktları dinləməyən böyük bir insan qrupu var. Bu, çox utancverici bir haldır. Bu yaxınlarda ətrafımdan peyvənddən imtina edən bir neçə adamı itirmişəm.  Bu çox üzücüdür",- deyə o, təəssüf hissi ilə bildirib. 

Aktrisa qeyd edib ki, hər kəsin öz fikrini söyləmək hüququ var, lakin çox vaxt bu fikir heç nəyə əsaslanmır.

Buna görə də Eniston, insanlara koronavirusla bağlı vəziyyət haqqında məlumat verməyin vacibliyinə əmindir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO