Əfqanıstanın müdafiə nazirinin evinə hücum zamanı 8 nəfər öldü

Əfqanıstanın müdafiə nazirinin evinə hücum zamanı 8 nəfər öldü

Hazırda oxunan: Əfqanıstanın müdafiə nazirinin evinə hücum zamanı 8 nəfər öldü

31113

Əfqanıstanın müdafiə naziri general Bismilla Xan Mohammadinin Kabildəki evinə hücum zamanı səkkiz nəfər həlak olub.

Bizim.Media Əfqanıstan KİV-lərinə istinadla xəbər verir ki, nazirliyin nümayəndəsi hücum nəticəsində səkkiz dinc sakinin öldüyünü, generalın mühafizəçiləri də daxil olmaqla daha 20 nəfərin yaralandığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə nazirinin evi yaxınlığında atışma: ölənlər və yaralılar var


Ölənlərin və zərər çəkənlərin sayının dəyişə biləcəyi istisna olunmur. Məlumata görə, beş saata yaxın davam edən hücumun gedişində, həmçinin beş terrorçu öldürülüb.

Şahidlər bildiriblər ki, əvvəlcə nazirin evinin qarşısında avtomobil partladılıb və bundan sonra evə bir neçə sılahlı şəxs soxulub. Nazirə və onun ailə üzvlərinə xətər toxunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO