Canlı yayımda alovun içindən çıxan adam hamını heyrətə gətirdi - FOTO

Canlı yayımda alovun içindən çıxan adam hamını heyrətə gətirdi - FOTO

Hazırda oxunan: Canlı yayımda alovun içindən çıxan adam hamını heyrətə gətirdi - FOTO

30963

Türkiyənin Muğla şəhərinin Marmaris və Köyceğiz rayonlarında meşə yanğınları küləyin təsiri ilə daha 8 məhəlləyə yayılıb.

Bizim.Media xəbər verir ki, qeyd olunan ərazidən reportaj hazırlayan yerli televiziyaların biri canlı yayım zamanı maraqlı hadisənin şahidi olub.

Belə ki, alovların kəskin olduğu ərazini çəkən kameralar oradan bir nəfərin mətin addımlarla gəldiyinin şahidi olub.

Yanğından qorxmadığını göstərən vətəndaşa digər iki sivil şəxs yardım edərək ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, "alovun içindən çıxan adam" adını qazanmış vətəndaşın bu görüntüləri Türkiyədə baş verən yanğınların nə qədər dəhşətli olduğunu ortaya qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO