Amerikalı məşhur aktyor çəkiliş zamanı vəfat etdi

Amerikalı məşhur aktyor çəkiliş zamanı vəfat etdi

Hazırda oxunan: Amerikalı məşhur aktyor çəkiliş zamanı vəfat etdi

30912

"Dexter" və "Mentalist" seriallarının ulduzu Cey Piket  çəkiliş meydançasında vəfat edib.

Bizim.Media xəbər verir ki, 60 yaşlı aktyor “Qərbi Xəzinə Vadisi” filminin çəkilişlərində anidən həyatla vidalaşıb. Bu barədə məlumatı  USA Today yayıb.

Filmin prodüseri Cim Heffelə görə, Piket filmdə yeni səhnəyə hazırlaşarkən vəziyyəti anidən pisləşib.

Aktyorun ölümünün dəqiq səbəbi məlum deyil. Çəkiliş qrupunun digər üzvü Travis Mills isə aktyorun böyük ehtimalla ürək tutmasından vəfat etdiyini deyib.

Qeyd edək ki, Cey Piket, ABŞ-ın məşhur aktyorudur. O, ən çox "NCIS: Los Angeles", "The Mentalist" və "Dexter" televiziya serialları ilə məşhurlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO