Bill Qeyts: ''Pandemiyadan sonra artıq başqa cür işləyəcəksiniz!''

Bill Qeyts: ''Pandemiyadan sonra artıq başqa cür işləyəcəksiniz!''

Hazırda oxunan: Bill Qeyts: ''Pandemiyadan sonra artıq başqa cür işləyəcəksiniz!''

3060

ABŞ-ın məşhur “Microsoft” şirkətinin qurucusu Bill Qeyts, 2020-ci ilin ümümdünya bəlasına çevrilmiş COVİD-19-un gələcək üçün hansı nəticələrə səbəb olacağını açıqlayıb.

Bizim.Media bildirir ki, O, bu barədə “New York Times” qəzetinin təşkil etdiyi “DealBook” konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bill Qeytsin sözlərinə görə, epidemiyanın bizə qoyub gedəcəyi vərdişlər arasına səyahət və iş həyatımızda olacaq dəyişikliklər də daxildir.

“Mənim təxminimə görə səyahətlərin yüzdə 50 faizi, ofisdən işləmənin isə 30 faizindən çoxu gələcək illərdə mümkün olmayacaq.”

Qeyts həmçinin qeyd edib ki, pandemiya səbəbi ilə ofis işlərinin evdən idarə olunması belə virus təhlükəsi sovuşduqdan sonra qalıcı olacaq.

Çünki artıq hər kəs evdə işləməyin daha münasib olduğunu və bu vəziyyətə öyrəşdiklərini qeyd edirlər.

“İş görüşmələri üçün edilən səyahətlər də artıq minumuma enəcək.”-deyə, qeyd edən Qeyts bu üstünlüyün dezavantajlarından da bəhs edib.

Onun sözlərinə görə artıq online platformalara keçən işgüzar görüşlər yeni insanlarla tanış olma, iş əlaqələrinin genişlənməsinə böyük zərbə vuracaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO