Bezos dünyanın ən varlı insanı statusunu itirdi

Bezos dünyanın ən varlı insanı statusunu itirdi

Hazırda oxunan: Bezos dünyanın ən varlı insanı statusunu itirdi

30584

"Amazon"un banisi Ceff Bezos ötən sutka ərzində şirkətinin aksiyalarının ucuzlaşması ilə təxminən 14 milyard dollar itirdikdən sonra dünyanın ən varlı insanları reytinqində ikinci yerə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Forbes Real-Time" reytinqində deyilir.

Məlumata əsasən, C.Bezos sərvətinin 6,76 faizini və ya 13,9 milyard dollarını itirib. Hazırda onun sərvəti 192,4 milyard dollar təşkil edir.

Bununla da dünyanın ən varlı insanları reytinqində birinci yerə sərvəti 192,9 milyard dollar təşkil edən "Louis Vuitton Moët Hennessy" (LVMH) şirkətinin sahibi Bernar Arno qalxıb.

Bildirilir ki, üçüncü yerdə "SpaceX" şirkətinin banisi və "Tesla" şirkətinin baş direktoru İlon Mask qərarlaşıb. Onun sərvəti 179,4 milyard dollara qədər artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO