Qardaş Türkiyədə meşə yanğınları 3-cü gündür ki, davam edir.
Bizim.Media xəbər verir ki, ilk olaraq Antalya vilayətindən başlayan yanğın artıq Muğla, Bodrum, Osmaniyə, Kayseri, Adana, Mersin və digər bölgələrə yayılıb.
Məsələ ilə bağlı ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör Bizim.Media-ya açıqlamasında bildirib ki, bu hadisəni açıqca terror hücumu adlandırmaq olar.
“Bu təbii fəlakət bir terror hücumudur. Türkiyəni zəiflədib, iqtisadiyyatına ziyan vurmaq cəhdlərdir. Əlbəttə ki, inşallah biz bu imtahandan da üzü ağ çıxacağıq. Ancaq həlak olan insanlara, diri-diri yanan heyvanlara və ağaclara heyif oldu”.
Söhbət zamanı general-mayor qeyd edib ki, yanğın hadisəsinə görə, qardaş Azərbaycandan başqa hələ ki, heç bir dövlət öz köməyini Türkiyəyə təklif etməyib.
“Azərbaycan hər zaman yanımızdadır. Buna görə sizə çox minnətdarıq Lakin hələ ki, heç bir ölkədən bizə yardım təklifi gəlməyib”.
Qeyd edək ki, Son məlumatlara görə, yanğın zamanı azı 3 nəfər həyatını itirib, 140-dan çox adams isə xəsarət alıb.
P.S. Xatırladaq ki, generalla açıqlama aldıqdan sonra məlum olub ki, Ukrayna hökuməti də yanğınsöndürən təyyarələrini Türkiyəyə yollayıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:31 / 30.07.2021
GENERAL: “Türkiyədəki yanğınlar açıqca bir terrordur”
Hazırda oxunan: GENERAL: “Türkiyədəki yanğınlar açıqca bir terrordur”
Hazırda oxunan: GENERAL: “Türkiyədəki yanğınlar açıqca bir terrordur”
30537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.