Türk Hava Qurumunun 20 vasitəsi yanğına görə havaya qaldırıldı

Türk Hava Qurumunun 20 vasitəsi yanğına görə havaya qaldırıldı

Hazırda oxunan: Türk Hava Qurumunun 20 vasitəsi yanğına görə havaya qaldırıldı

30425

Türk Hava Qurumunun (THY) 20 hava vasitəsi ölkənin müxtəlif bölgələrində başlayan meşə yanğınlarının söndürülməsində iştirak edir.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, bununla bağlı qurumdan açıqlama verilib.

Məlumatda bəzi media qurumlarında THY-nin yanğınlarda iştirak etmədiyi ilə bağlı yalan məlumatların yayıldığı bildirilir.

Qeyd edilib ki, hazırda üç ədəd min litr tutum gücünə malik “Beriev BE -200” amfibiya yanğınsöndürmə təyyarəsi, 15 ədəd "Mi-8" və iki ədəd "CH-47 Chinook" helikopteri başda olmaqla ümumilikdə 20 hava vasitəsi ölkənin müxtəlif bölgələrində baş verən yanğınlara müdaxilə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO