“Forbes” Rusiyanın ən uğurlu ulduzlarını seçdi

“Forbes” Rusiyanın ən uğurlu ulduzlarını seçdi

Hazırda oxunan: “Forbes” Rusiyanın ən uğurlu ulduzlarını seçdi

30311

“Forbes” jurnalı Rusiyadakı 50 ən uğurlu ulduzun adını sıralayıb.

Bizim.Media xəbər verir ki, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov bir daha ilk sırada yer alıb.

Jurnala görə, idmançı keçən il 12 milyon dollar qazanıb və KİV-də 103 389 dəfə xatırlanıb.

Həbib eyni zamanda “YouTube” və “Instagram”da ən çox izləyiciyə sahibdir (29 144 297 izləyici).

İkinci yerdə 7,4 milyon dollar gəlirlə repçi Alişer Morqenştern olub. Onun adı “Yandex”də sorğular baxımından liderlər arasında yer aldı və sosial şəbəkələrdə qeyd olunma sayına görə (4 042 900 dəfə) birinci olub.

Üçüncü yerdə 3,3 milyon dollar gəlirlə müğənni və aparıcı Olqa Buzova qərarlaşıb. O, əlavə olaraq “Google”da sorğu sayına görə liderdir.

Əlavə edək ki, ilk onluğa Timati, Sergey Şnurov, Aleksandr Oveçkin, Ksenia Sobçak, Basta, Artyom Dzyuba və Polina Qaqarina da daxildir.

Reytinq illik gəlirin miqdarı, “Instagram” və “YouTube”dakı izləyicilərin sayı, “Google”la sorğular, KİV-də adı çəkilənlər, sosial şəbəkələrdə tez-tez xatırlatmalar əsasında formalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO