Çində daşqınlar 71 nəfərin həyatına son qoydu - VİDEO

Çində daşqınlar 71 nəfərin həyatına son qoydu - VİDEO

Hazırda oxunan: Çində daşqınlar 71 nəfərin həyatına son qoydu - VİDEO

30103

Çinin mərkəzi Henan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yerli hakimiyyət orqanlarına istinadən yayıb. 

Bundan əvvəl 69 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü bildirilirdi. Əyalətin inzibati mərkəzi olan Çjençjoy şəhərində metronun su altında qalması nəticəsində ölmüş daha 2 nəfərin meyiti aşkar edilib. 

Daşqınların 13,32 milyon sakinə və 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsinə zərər vurduğu bildirilir. 

Yerli hakimiyyət orqanları daşqınlar nəticəsində 10 min tikilinin dağıldığı, 22 min tikiliyə zərər dəydiyini açıqlayıb. Əyalətə 2,15 milyard ABŞ dollarınadək birbaşa zərər dəydiyi güman edilir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO