Estoniya Prezidenti NATO-nun Baş katibi olacaq?

Estoniya Prezidenti NATO-nun Baş katibi olacaq?

Hazırda oxunan: Estoniya Prezidenti NATO-nun Baş katibi olacaq?

29377

Estoniya Prezidenti Kersti Kalyulayd NATO-nun Baş katibi vəzifəsinə potensial namizədlər arasında ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Estoniya Rusiya diplomatını ölkədən qovur


Mənbə yazır ki, NATO-da bu vəzifəni növbəti dəfə kimin tuta biləcəyi ilə bağlı müzakirələr artıq başlayıb və yeni baş katibin adına NATO liderlərinin gələn ilin yazında və yayın əvvəlində Madriddə keçiriləcək görüşdə aydınlıq gələcəyi gözlənilir.

Portalın verdiyi məlumata görə, bir çox analitiklər baş katib vəzifəsini nəhayət əks cinsin icra etməsinin vaxtının yetişdiyini hesab edirlər.

Digərləri Y. Stoltenberqin xələfini seçərkən Şərqi Avropadan nümayəndə seçməyin lazım olduğunu bildirirlər.

İlk baxışda üç qadın namizədin - Estoniya Prezidenti Kersti Kalyulayd, Litvanın keçmiş Prezidenti Dalya Qribauskayte və Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviçin bu meyarlara cavab verdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO