Perunun yeni prezidenti bu şəxs oldu

Perunun yeni prezidenti bu şəxs oldu

Hazırda oxunan: Perunun yeni prezidenti bu şəxs oldu

29158

"Azad Peru" partiyasını təmsil edən Pedro Kastilyo Perunun yeni prezidenti olacaq.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "TASS" agentliyi Perunun Milli Seçki Kollegiyasına istinadən yayıb.

Mənbə bildirir ki, prezidentlik müddəti bitən Fransisko Saqasti özünün "Twitter" səhifəsində P.Kastilyonu təbrik edib: 

"Milli Seçki Kollegiyasının seçki nəticələrini elan etməsi ilə əlaqədar olaraq Pedro Kastilyonun yeni seçilən prezident elan edilməsini alqışlayıram".

Perunun yeni prezidenti vəzifəsinin icrasına iyulun 28-dı başlayacaq.

Qeyd edək ki, Peruda prezident seçkiləri iyunun 6-sı keçirilib. Səslərin 100 faizinin hesablanmasından sonra P.Kastilyonun 50,12 faiz, onun rəqibi Keyko Fuximorinin isə 49,87 faiz səs topladığı məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO