Peyğəmbərin karikatura müəllifi VƏFAT ETDİ – Müəmmalı ölümün DETALLARI

Peyğəmbərin karikatura müəllifi VƏFAT ETDİ – Müəmmalı ölümün DETALLARI

Hazırda oxunan: Peyğəmbərin karikatura müəllifi VƏFAT ETDİ – Müəmmalı ölümün DETALLARI

29093

Danimarkalı sənətçi və Məhəmməd Peyğəmbərin karikatura müəllifi Kurt Vesterqor vəfat edib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Məhəmməd peyğəmbərin karikaturaları ilə məşhur olan Danimarkalı sənətçi 86 yaşında uzun sürən xəstəlikdən həyatını itirib.

Məlumata görə rəssam yuxuda o dünyaya qovuşub. 

Vesterqor 2005-ci ildə Məhəmməd peyğəmbəri bomba formasındakı əmmamədə təsvir edib. Bu isə dünya müsəlmanları arasında narazılığa səbəb olub və böyük hiddət doğurub.

Adıçəkilən karikatura 2005-ci ildə "Jyllands-Posten" qəzetində və bir neçə digər Avropa nəşrində yayımlanıb. Sonra bununla bağlı cizgi filmləri ortaya çıxıb və beynəlxalq qalmaqala səbəb olub. Onları da dərc edən “France Soir” qəzetinin baş redaktoru işdən qovulub.

Rəssam isə həyatı boyu təqib olunub. Bu səbəbdən ömrünün sonuna kimi polis qoruması və nəzarəti altında yaşayıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO