Azərbaycanlı iş adamı Rafik Əliyevin Moldovadakı limanı əlindən alındı – DETALLAR

Azərbaycanlı iş adamı Rafik Əliyevin Moldovadakı limanı əlindən alındı – DETALLAR

Hazırda oxunan: Azərbaycanlı iş adamı Rafik Əliyevin Moldovadakı limanı əlindən alındı – DETALLAR

28206

Moldovanın Prut və Dunay çayları üzərində ölkənin dənizə çıxışını təmin edən yeganə Gurgulest limanı artıq azərbaycanlı iş adamı, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı - Rafik Əliyevə məxsus deyil.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Moldova KİV-lərində yer alıb.

Mənbə yazır ki, limanı vaxtilə Rafik Əliyevin biznesini idarə edənlərdən biri olan Tomas Moser ələ keçirib. 

Avropa Yenidənqurma və İnkişaf  Bankı (AYİB) Tomas Moserin Kipr ofşorunu satın alıb.

Moldova hökuməti Gurgulest Sərbəst Ticarət Limanı ilə bağlı məhkəmə çəkişmələrində iştirak edən tərəfləri mübahisələrini qanunlar əsasında həll etməyə çağırıb.


Hökumətdən reaksiya AYİB-in Gurgulest limanındakı səhmlərin satın alındığını elan etdikdən sonra gəlib.

19 may 2021-ci ildə AYİB 7 mayda “Danube Logistics” şirkətlər qrupunu satın aldığını və bununla da Gurgulest Beynəlxalq Sərbəst Ticarət Limanın (PILG) operatorunun yeganə səhmdarına çevrildiyini bildirib. AYİB müqavilənin hüquqi forması və məbləği barədə ətraflı məlumat verməyib.

Rafiq Əliyev limanı necə əldə edib?

Gurgulest Limanı qurulduğu gündən bəri “ICS Danube Logistics SRL” şirkəti müəssisənin baş investoru və operatoru olub. 2005-ci ildə Moldova hökuməti liman obyektlərinin tikintisi üçün investisiya müqaviləsi imzalayıb. O zaman müəssisənin əsas sahibi azərbaycanlı iş adamı, Azpetrol neft şirkətinin və Bemol yanacaqdoldurma məntəqələrinin Moldova şəbəkəsinin sahibi Rafik Əliyev idi.

Həmin vaxt Rafik Əliyev həbs olunub. Daha sonra Rafik Əliyevə məxsus olan Easeur Holding BV (Hollandiya) şirkətlər qrupu təsisçi olub. Moldovanın Azertrans SRL, Azpetrol SRL və Azpetrol Rafineri SRL şirkətlərinin adları Tuna Logistics SRL, Bemol Retail SRL və Bemol Refinary SRL olaraq dəyişdirilib.

Daha sonra Rafik Əliyevə qarşı ittihamlar ləğv edilib. Moldovadakı biznesini qorumaq üçün o, 2006-cı ildə hər şeyi Hollandiyada qurulan Easeur Holding BV rəhbərliyinə təhvil verib və 4 icraçı direktor təyin edilib.

Tomas Moser onlardan biri olub və 2006-2012-ci illərdə Bemol Retail şirkətini idarə edib. Eyni zamanda, o, “Tuna Logistics” şirkətini ələ keçirməyi bacarıb.

Rafiq Əliyev sərbəst buraxılıb və Moldovaya qayıdıb…

2013-cü ildə sərbəst buraxıldıqdan sonra Rafik Əliyev Bemol şirkəti vasitəsi ilə işini idarə etmək üçün Moldovaya qayıdıb və Tomas Moserin şirkətin puluna sahib olduğunu öyrənib.

Rafik Əliyev məhkəməyə müraciət edib. 2018-ci ilin aprelində Kişinev məhkəməsi Moserin Aydovla birlikdə 106 milyon dollar məbləğində təzminat ödəməli olduğuna qərar verib. Bunu bir neçə apellyasiya məhkəməsi izləyib və bu ilin fevral ayında Moldova Ali Məhkəməsi Rafik Əliyevin bütün iddialarını rədd edib, yəni Moserə bəraət verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO