Qırğızıstanın keçmiş prezidentləri Akayev və Bakiyev axtarışa verildi 

Qırğızıstanın keçmiş prezidentləri Akayev və Bakiyev axtarışa verildi 

Hazırda oxunan: Qırğızıstanın keçmiş prezidentləri Akayev və Bakiyev axtarışa verildi 

27887

Qırğızıstanın keçmiş prezidentləri Askar Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl mədəninin işlənməsində korrupsiyaya görə axtarılanlar siyahısına salınıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi respublikanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyevə istinadən yayıb. 

O, cümə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, idarələrarası istintaq qrupu Kumtor qızıl yatağının işlənməsi layihəsinin müxtəlif mərhələlərində korrupsiyanı araşdırır. 

"İstintaq layihənin icrası ilə bağlı hadisələrin bütün xronologiyasını dərindən təhlil etdi və aşağıdakı araşdırma sahələrini müəyyənləşdirdi: 1992-1994-cü illərdə şirkətlə keçmiş prezidentin razılığına əsasən ümumi bir razılaşma bağlanılıb. Bu səbəbdən Akayev vəzifəsindən sui-istifadə ittihamı ilə mühakimə olunaraq axtarışa verildi”, - deyə Taşiev bildirib. 

“Bir sıra məmurlar iddia müddətinin bitməsi səbəbindən işin dayandırılmasına razılıq veriblər. Bu, günahlarını etiraf etdikləri anlamına gəlir”. Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri əlavə edib. 

Xüsusi xidmət rəhbərinin sözlərinə görə, keçmiş prezident Kurmanbek Bakiyev sonrakı razılaşmalara görə, oxşar ittihamlarla korrupsiyada şübhəli bilinir. 

İstintaq ayrıca, keçmiş prezidentlər Almazbek Atambayev və Sooronbay Jeenbekovun Kanada şirkətləri ilə respublika üçün əlverişsiz olan müqavilələrin bağlanmasında iştirakını müəyyənləşdirir. 

Daha əvvəl xəbər verildiyi kimi, Qırğızıstan Kanadanın “Centerra Gold Inc” şirkətinə qarşı maliyyə iddiaları qaldırıb. Söhbət Kumtor mədəninin işlənməsi zamanı ekoloji pozuntulardan və vergidən 4,2 milyard dollar yayınmadan gedir. Qırğızıstan tərəfinin fikrincə, şirkətin hərəkətləri respublikanın ekologiyasına ziyan vurub, o cümlədən yatağın yaxınlığındakı buzlaqların əriməsi üçün münbit şərait yaradıb. 

Daha sonra, ölkə parlamentinin qərarı ilə “Kumtor Gold Company”də xarici idarəetmə tətbiq olunub. Keçmiş prezidentin qardaşı Asılbek Jeenbekova, bəzi deputatlara, keçmiş baş nazir Omurbek Babanova və bir sıra yüksək vəzifəli məmurlara qarşı Kumtorla bağlı cinayət işi qaldırılıb. 

Xatırladaq ki, Kanadanın “Centerra Gold” şirkəti təxminən 30 ildir Qırğızıstanda 700 ton qızıl ehtiyatı olan ən böyük Kumtor yatağını işlədir.  

Qırğızıstan statistikasına görə, respublikanın sənaye istehsalının ümumi həcmində "Kumtor"un payı təxminən 20% -dir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO