Dünyada koronavirusla bağlı SON STATİSTİKA 

Dünyada koronavirusla bağlı SON STATİSTİKA 

Hazırda oxunan: Dünyada koronavirusla bağlı SON STATİSTİKA 

27793

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin oktyabr ayından bəri ilk dəfə koronavirusla əlaqədar ölüm hallarının azaldığını elan edib. 

Bizim.Media xəbər verir ki, 28 iyun – 4 iyul həftəsində dünya üzrə virusla bağlı 54 min ölüm halı qeydə alınıb və bu göstərici öncəki həftədən yeddi faiz azdır.

Eyni zamanda isə göstərilən həftədə yoluxma halları bir qədər artaraq 2,6 milyona çatıb. Ən yüksək artım Avropa regionunda baş verib, 53 ölkəni əhatə edən və əksər məhdudiyyətlərin ləğv edildiyi Avropada bir həftə ərzində yoluxmalar 30 faiz artıb. 

ÜST-ün yaydığı məlumata əsasən, kəskin yoluxuculuğu ilə tanınan “Delta“ variantının aşkarlandığı ölkələrin sayı 104-ə çatıb. 

İndiyədək dünya üzrə koronavirusa yoluxma hallarının sayı 183 milyona çatıb, bu infeksiya nəticəsində ölənlərin sayı isə 4 milyona yaxındır. Beynəlxalq təşkilat dünyanın bir sıra regionlarında “kölgə rəqəmləri“nin daha yüksək olduğu və rəsmi statisktiadan kənar yoluxmaların daha çox olması qənaətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO