Qəzaya düşən Rusiya təyyarəsinin əsas korpusu dənizdə tapıldı 

Qəzaya düşən Rusiya təyyarəsinin əsas korpusu dənizdə tapıldı 

Hazırda oxunan: Qəzaya düşən Rusiya təyyarəsinin əsas korpusu dənizdə tapıldı 

27610

Qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin əsas korpusu sudadır. Dalğıcların qəza yerinə gələcəyi gözlənilir.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Kamçatka diyarının qubernatoru Vladimir Solodova istinadən yayıb. 

Mənbə xatırladır ki, iyulun 6-da Kamçatkada göyərtəsində 28 nəfərin olduğu An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Petropavlovsk-Kamçatskdan Palana qəsəbəsinin hava limanına gedərkən təyyarə radardan itib və dənizin sahilindəki qayaya çırpılıb. 

Təcili yardım xidmətləri laynerin qalıqlarını tapıblar. İlkin məlumatlara görə, sağ qalan yoxdur. 

Müdafiə Nazirliyi Kamçatkadakı An-26-ın axtarışı üçün bölgəyə Sakit Okean Donanmasının təyyarəsini göndərib. Dövlətlərarası Aviasiya Komitəsi isə sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün bir komissiya yaradıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO