Kamçatkada An-26 təyyarəsinin qəza yerindən ilk GÖRÜNTÜLƏR 

Kamçatkada An-26 təyyarəsinin qəza yerindən ilk GÖRÜNTÜLƏR 

Hazırda oxunan: Kamçatkada An-26 təyyarəsinin qəza yerindən ilk GÖRÜNTÜLƏR 

27603

Xəbər verdiyimiz kimi, Rusiyanın An-26 təyyarəsi çərşənbə axşamı səhər Kamçatkada qəzaya uğrayıb. Təyyarə Palana qəsəbəsinin hava limanının yaxınlığındakı qaya ilə toqquşub. 

Bizim.Media xəbər verir ki, artıq hadisə yerindən ilk görüntülər əldə edilib. 

Qeyd edək ki, An-26 təyyarəsi ilə əlaqə  6 iyul səhər tezdən kəsilib.  

Petropavlovsk-Kamçatskdan Palana qəsəbəsinə uçan təyyarənin göyərtəsində 28 nəfər olub: altı yetkinlik yaşına çatmayan və Palananın rəhbəri Olqa Moxiryeva da daxil olmaqla altı ekipaj üzvü və 22 sərnişin. İlkin məlumatlara görə, sağ qalan yoxdur. 

İstintaq Komitəsi qəzanın bir neçə versiyasını nəzərdən keçirir: əlverişsiz hava şəraiti, texniki nasazlıq və ya pilot səhvi.  

Kamçatka səlahiyyətliləri təyyarənin eniş edərkən qəzaya uğradığından şübhələnir. Kamçatka Aviasiya Müəssisəsinin direktor müavini Sergey Qorb deyib ki, qəzaya güclü külək də səbəb ola bilər. 

Onun sözlərinə görə, təyyarə praktiki olaraq eniş trayektoriyasında olmayan dənizin sahilindəki qayaya çırpılıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO