Lukaşenkonun əsas rəqibinə 14 il həbs cəzası verildi 

Lukaşenkonun əsas rəqibinə 14 il həbs cəzası verildi 

Hazırda oxunan: Lukaşenkonun əsas rəqibinə 14 il həbs cəzası verildi 

27536

Belarus Ali Məhkəməsi ölkə prezidenti Aleksandr Lukaşenkonun əsas rəqibi, “BELGAZPROMBANK”ın sabiq rəhbəri  Viktor Babarikoya 14 il həbs cəzası verib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb. 

Xatırladaq ki, Belarus müxalifətinin lideri və prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Viktor Babariko ötən ilin iyununda həbs edilib. Onun həbsindən sonra ölkədə gərginlik yaranıb.

Müxalifət nümayəndəsini dəstəkləyən qruplar Minsk və digər şəhərlərdə etiraz aksiyaları təşkil edib, onlarla şəxs həbs olunub. Almaniyanın AFR agentliyinin əməkdaşı daxil olmaqla bir neçə əcnəbi jurnalist də saxlanılıb. 

Babarikonun həbsindən sonra Belarus Prezidenti Lukaşenko bəyan edib ki, ölkədə sabitliyi pozmaq üçün böyük bir planın qarşısı alınıb. Onun sözlərinə görə, plana ölkə xaricindən nəzarət edilib. 

Qeyd edək ki, Belarusda prezident seçkisi ötən il avqustun 9-da keçirilib və Lukaşenko yenidən dövlət başçısı seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO