Rusiyada itən An-26 sərnişin təyyarəsinin göyərtəsində Palana şəhər tipli qəsəbənin sakinləri və bu qəsəbənin başçısı Olqa Moxiryeva da olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
Mənbə xatırladır ki, Petropavlovsk-Kamchatsk - Palana reysini həyata keçirən sərnişin təyyarəsi radardan itib və təyin olunmuş vaxtda əlaqə qurmayıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 28 nəfər - 22 sərnişin və altı heyət üzvü olub.
Hal-hazırda Kamçatka Nəqliyyat Prokurorluğu yoxlamaya başlayıb, əməliyyat qərargahı təşkil edilib. Hadisənin baş verdiyi ərazi iki helikopter və xüsusi təyyarə ilə araşdırılır.
Hadisənin pilot səhvindən baş verdiyi ehtimal olunur. Bu da havanın dumanlı olması ilə əlaqələndirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:41 / 06.07.2021
Radardan itən Rusiya təyyarəsinin göyərtəsində bu məmur da var – AÇIQLANDI
Hazırda oxunan: Radardan itən Rusiya təyyarəsinin göyərtəsində bu məmur da var – AÇIQLANDI
Hazırda oxunan: Radardan itən Rusiya təyyarəsinin göyərtəsində bu məmur da var – AÇIQLANDI
27525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.