Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə Qəzza zolağında atəşkəsin təmin olunması və bölgəyə humanitar yardımın çatdırılması üzərində çalışır.
O əlavə edib ki, diplomatik təşəbbüslər sürət qazanmalıdır ki, Rusiya-Ukrayna müharibəsi ədalətli və dayanıqlı sülh yolu ilə başa çatsın, və Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Telefon danışığı zamanı Ərdoğan həmçinin Putini ad günü münasibətilə təbrik edib.
Bizim.Media