Rusiya yaxın vaxtlarda Çin, Səudiyyə Ərəbistanı və Malayziya ilə viza rejimini ləğv etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS yayıb.
Məlumatlar Rusiya Federasiyasında turizmin inkişafı üzrə strateji sessiyanın materiallarına istinadən verilib.
Həmçinin qeyd edilir ki, bəzi ölkələrlə viza rejiminin sadələşdirilməsi əlavə olaraq iki milyon xarici turistin cəlb edilməsinə imkan verib. 2030-cu ilədək Rusiya turistlərinə gələn xarici səfərlərin sayının mövcud beş milyon səfərdən 11 milyona çatdırılması planlaşdırılır.
7 oktyabr tarixində Rusiya Baş naziri Mixail Mişustin bildirib ki, 2025-ci ilin səkkiz ayında Rusiyaya gələn turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 5,5% artıb. Onun sözlərinə görə, turistlərin həm daxili, həm də xarici axını üzrə davamlı müsbət dinamika müşahidə olunur.
Bizim.Media