Mers İsraili dəstəklədi: “Avroviziya”dan kənarlaşdırılarsa...

Mers İsraili dəstəklədi: “Avroviziya”dan kənarlaşdırılarsa...

Hazırda oxunan: Mers İsraili dəstəklədi: “Avroviziya”dan kənarlaşdırılarsa...

274110

Almaniya kansleri Fridrix Mers 2026-cı il “Avroviziya” mahnı müsabiqəsindən İsrailin kənarlaşdırılması ehtimalına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, ARD kanalına açıqlamasında Mers vurğulayıb ki, əgər İsrail müsabiqədən çıxarılarsa, Almaniya da yarışmada iştirakdan imtina etməlidir.

O, bu cür boykotu dəstəklədiyini bildirib və İsrailin iştirakının müzakirə olunmasını “qalmaqal” adlandırıb.
 

Xatırladaq ki, İsrailin “Avroviziya”da iştirakı məsələsi Qəzza zolağında davam edən müharibə fonunda mübahisələrə səbəb olub. Bəzi ölkələr İsrail yarışmada qaldığı halda müsabiqəni boykot etməyə hazır olduqlarını açıqlayıb, digərləri isə onun kənarlaşdırılmasını yolverilməz hesab edirlər.


Avropa Yayım İttifaqı (EBU) bu məsələni həll etmək üçün xüsusi iclas keçirəcək və səsvermə noyabr ayında baş tutacaq. Almaniyada aparılan “Deutschlandtrend” sorğusuna görə, respondentlərin 65%-i israilli sənətçilərin və idmançıların İsrail hökumətinin addımlarına görə cəzalandırılmamağını düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO