“Aljazeera” telekanalından Ağdam haqda REPORTAJ 

“Aljazeera” telekanalından Ağdam haqda REPORTAJ 

Hazırda oxunan: “Aljazeera” telekanalından Ağdam haqda REPORTAJ 

27385

Nüfuzlu “Aljazeera” telekanalında “Ağdamın bərpası: Azərbaycan hökuməti dağıdılmış şəhəri yenidən qurmaq niyyətindədir” sərlövhəli reportaj yayımlanıb. 

Bizim.Media xəbər verir ki, reportajda vaxtilə bölgənin ən inkişaf etmiş rayonlarından biri olmuş Ağdamın işğal nəticəsində xarabalığa çevrildiyi qeyd edilib. 

Ağdamın yaşlı sakini Rövşən Şükürov telekanala müsahibəsində bildirib ki, işğaldan əvvəl Azərbaycanın ən gözəl guşələrindən biri olan Ağdam şəhəri dağların əhatəsində yaşıllıqlara bürünmüş yaşayış məskəni olub. Şəhərin əvvəlki görünüşünü nümayiş etdirən telekanalın müxbiri vurğulayıb ki, Ermənistan silahlı qüvvələri Ağdamı işğal etdikdən və əhalini didərgin saldıqdan sonra bütün binaları, infrastruktur obyektlərini dağıdıb. Bu şəhər atəşkəs dövründə münaqişə tərəfləri arasında bufer zona olub.

Ötən ilin noyabrında tam məğlubiyyətə uğrayan və şəhəri boşaldan Ermənistan silahlı qüvvələri ərazini minalayıb. Azərbaycan həmin ərazilərin təmizlənməsi üçün genişmiqyaslı fəaliyyətə başlayıb. Lakin bu qədər minanın təmizlənməsi çox vaxt apara bilər. 

Bərdə-Ağdam avtomobil yolunun inşasından kadrlar da təqdim edən telekanalın müxbiri diqqətə çatdırır ki, işğaldan azad olunmuş bu ərazilərdə geniş layihələr həyata keçiriləcək, texnologiyanın ən müasir nailiyyətlərindən istifadə ediləcək. 

Reportajın sonunda vurğulanıb ki, Ağdam şəhəri dağıdılsa da, Azərbaycan hökuməti nikbindir və ağdamlılar doğma evlərinə qayıdacaqlarına əmindirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO