Yaponiyanın avtomobil nəhəngi “Nissan” ucuz Çin maşınlarıyla rəqabətə davam gətirə bilməməsi səbəbindən istehsal gücünü iki dəfə azaltmaq qərarına gəlib.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, 1933-cü ildə qurulmuş şirkət artıq yeddi zavodunu bağlayır.
Şirkət təxminən 20 min işçisi ilə yollarını ayıracaq.
Çin istehsalçılarının aqressiv qiymət siyasəti “Nissan”ı yeni həll yolları axtarmağa sövq edib.
Şirkətin qarşıdakı dövrdə Çin əsaslı istehsal üsullarına daha çox diqqət yetirəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl “Volkswagen”, BMW, “Audi”, “Mercedes-Benz” və “Ford” da daxil olmaqla bir çox qlobal brendlər də xərcləri qarşılamaq üçün Çin əsaslı satınalma həllərinə müraciət ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:50 / 02.10.2025
Daha bir avtomobil nəhəngi Çin maşınları ilə rəqabətə DÖZMƏDİ – 7 zavod BAĞLANIR
Hazırda oxunan: Daha bir avtomobil nəhəngi Çin maşınları ilə rəqabətə DÖZMƏDİ – 7 zavod BAĞLANIR
Hazırda oxunan: Daha bir avtomobil nəhəngi Çin maşınları ilə rəqabətə DÖZMƏDİ – 7 zavod BAĞLANIR
273628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.